Azərbaycanda 8 günlük tətildə xüsusi rejim tətbiq olunacaq - RƏSMİ

Azərbaycanda 8 günlük tətildə xüsusi rejim tətbiq olunacaq - RƏSMİ

“Məcburən məhdudiyyətlərə gedəcəyik”…

“Qonşu Türkiyədə belə bir təcrübə var ki, həftəsonu xüsusi rejim tətbiq olunur. Ramazan bayramında Azərbaycanda rejim necə olacaq, hələlik bunu bilmirik, müzakirə olunur”.

BakuCity.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bayram günlərində tətbiq oluna biləcək xüsusi rejimi şərh edərkən bildirib.

Y.Qarayevanın sözlərinə görə, qərarlar statistikaya əsaslanır:

“Ramazan bayramında rejimin necə olacağı ictimiayyətə bildiriləcək. Bəzi qaydalar tətbiq edilə bilər. İş günləri başlayandan sonra bunlar aradan qaldırıla bilər. Hər şey görəcəyimiz dinamikadan asılıdır. Biz addım-addım yumşalmağa gedirik. Görsək ki, rəqəmlər idarə olunacaq səviyyədədir, o zaman heç bir problem olmayacaq. Gözlənilmədən ciddi artım olsa, məcburən məhdudiyyətlər qoyulacaq”.

BakuCity.az

Xüsusi rejim Tətil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər