Operativ Qərargah: Karantin rejimi bir halda sərtləşdirilə bilər

Operativ Qərargah: Karantin rejimi bir halda sərtləşdirilə bilər

Azərbaycanda kritik vəziyyət yaranarsa, karantin qaydaları yenidən sərtləşdirilə bilər.

BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda vəziyyət idarə olunandır:

"Bu gün bizim tibbi ləvazimatımız və hazırlığımız vəziyyəti idarə etməyə imkan verir. Xaricdən gələn vətəndaşların 20 faizində yoluxmalar aşkarlanır. Ukraynadan gələn 129 nəfərdən 29 nəfərdə nəticələr pozitiv olub. Bu, indiki vəziyyətdə idarə olunandır. Əgər vəziyyət ktirik olarsa, karantin qaydalarında sərtləşmə ola bilər".

BakuCity.az

Azərbaycan Koronavirus Karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər