Bakı polisi əməliyyat keçirdi: iki nəfər tutuldu

Bakı polisi əməliyyat keçirdi: iki nəfər tutuldu

Əməliyyat tədbirləri nəticəsində iki nəfər saxlanılıb.

Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevi saxlayıb.

BakuCity.az xəbər verir ki, saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilərək götürülüb.

Həmin gün Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb.

T.Paşayevin üzərindən 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər