Bakının bu küçələrindən tramvay keçəcək - SİYAHI

Bakının bu küçələrindən tramvay keçəcək - SİYAHI

Bakıda tıxacların qarşısını alacaq layihələrdən biri də tramvay xətlərinin bərpa olunmasıdır.

BakuCity.az xəbər verir ki, ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu bildirmişdi.

Hazırda vəziyyət nə yerdədir? BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda məsələ ilə bağlı müzakirələr aparılır:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyətli qurumlarla razılaşma və müzakirələr aparılır”.

Qeyd edək ki, tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsi hansı quruma həvalə olunması da müzakirə obyektidir.

Xatırladaq ki, Cavid Qurbanov açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu bildirmişdi:

“Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir. (BAKU.WS)

BakuCity.az

Tramvay Küçələr Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər