• Ana səhifə
  • Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu - RƏSMİ
15:30, 19 may 2020

Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, küçəyə giriş-çıxış məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DIN) Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxışın məhdudlaşdırılmasına aydınlıq gətirib.

BakuCity.azxəbər verir ki,DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, “Qaraçılar məhəlləsi”nə giriş-çıxış bir neçə gündür məhdudlaşdırılıb:

“Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri həmin məhəllənin sakinləridir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları çıxana kimi məhəlləyə giriş-çıxış məhdudiyyəti davam edəcək”.

Qeyd edək ki, Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə yaşayan sakinlər xüsusi karantin rejimi qaydalarını pozaraq, məhəllədən çıxmaq üçün etiraz aksiyası keçirməyə cəhd göstərib. (oxu.az)

BakuCity.az

#Azərbaycan #Karonavirus #53

Şərhlər

Elan
live comments feed...