Koronavirusa inanmayanlara cavab - RƏSMİ

Koronavirusa inanmayanlara cavab - RƏSMİ

Koronavirusa inanmayanlara TƏBİB rəsmisindən cavab.

"Koronavirusa inanmayanların sayı təkcə bizdə deyil, bütün dünyada inananlardan çoxdur. Hamı deyir heç yaxın qohumda, qonşuda koronavirusa yoluxan görmədik. Bəzi insalar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər". 

BakuCity.az  xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev koronavirusa inanmayanlardan danışarkən deyib.

TƏBİB rəsmisi bildirib ki, bu bizim mentalitetimizlə də bağlıdır: "Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirusa yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Onda da gec olacaq. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Buna hazırda inanmaq lazımdır".

BakuCity.az 

Koronavirus Azərbaycanda
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər