UEFA İcraiyyə Komitəsi iclasının təxirə salınma səbəbi məlumdur

UEFA İcraiyyə Komitəsi iclasının təxirə salınma səbəbi məlumdur

UEFA İcraiyyə Komitəsi iclasının təxirə salınma səbəbi məlum olub.

UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb.

BakuCity.azxəbər verir ki, ləngimə yerli hakimiyyətin zəmanəti təsdiqləməməsi ilə əlaqədardır. Londonun AVRO-2020-dən imtina etməyəcəyi də vurğulanıb.

İcraiyyə Komitəsinin iclası iyunun 17-nə təxirə salınıb. UEFA koronavirus pandemiyası səbəbindən bəzi arenalarla bağlı məsələlərin ortaya çıxmasını səbəb göstərib. Təşkilatçı şəhərlər müəyyən vaxtadək çempionat oyunlarını qəbul etmək niyyətlərini təsdiqləməlidirlər. (The Times)

BakuCity.az

UEFA İcraiyyə Komitəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər