Bakıda qadın müğənni qəza törətdi: üç avtomubil toqquşdu - VİDEO

Bakıda qadın müğənni qəza törətdi: üç avtomubil toqquşdu - VİDEO

Məşhur müğənni ağır yol qəzasına düşüb.

Mayın 19-da gecə saatlarında Bakının Nizami rayonunun Babək prospektində ağır yol qəzasına səbəb olan xanım sürücünün kimliyi məlum olub.

BakuCity.az xəbər verir ki, bu, səhnə adı Nəfəs olan (Günel Məmmədli) tanınmış müğənnidir.

Nəfəs idarə etdiyi "Chevrolet" markalı avtomobili "Toyota" və "Lexus" markalı avtomobillərə çırpıb.

Qəza nəticəsində avtomobillərə ciddi zərər dəysə də, xəsarət alan olmayıb.

BakuCity.az

Yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər