"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin əməkdaşları koronavirusa yoluxub.
BakuCity.az xəbər verir ki, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
Bununla belə, digər müxbir Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.
BakuCity.az