• Ana səhifə
  • Bakının bu ünvanında söküntü başlayır: sakinlərə kirayə pulu ödəniləcək
11:58, 20 may 2020

Bakının bu ünvanında söküntü başlayır: sakinlərə kirayə pulu ödəniləcək

Bakının bu ünvanında söküntü başlayır: sakinlərə kirayə pulu ödəniləcək

Bakıda 1 200-dən çox yararsız bina sökülüb.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən bildiriblər.

Qeyd olunub ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər:

"Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir.

Qərarda 3 mindən artıq binanın yararsız olduğu bildirilib və bu günə kimi pilot layihə olaraq 1 200-dən çox yaşayış binası sökülərək yenisi ilə əvəz edilib.

Mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sonra sakinlər yeni mənzildən sahəsinə görə 20 faiz daha artığına sahib olurlar".

Departamentdən əlavə olunub ki, Nərimanov rayonunda pilot layihəyə düşən 1958-ci ilə aid binanın eyvanı uçub. Orada yaxın günlərdə söküntü işləri başlayacaq. (trend)

BakuCity.az

#Bina #Pilot #Söküntü

Şərhlər

Elan
live comments feed...