“Nəsimi bazarı”nın yerində nə tikilir? - AÇIQLAMA

“Nəsimi bazarı”nın yerində nə tikilir? - AÇIQLAMA

Bakının köhnə bazarlarından olan “Nəsimi bazarı”nın söküntüsünə başlanılıb.

BakuCity.az xəbər verir ki, söküntü işləri artıq başlanılıb.

Bazarın söküləcəyi barədə çoxdan məlumat verilmişdi, amma söküntü işlərinə gözlənilmədən başlanılıb.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov bildirib ki, “Nəsimi bazarı” pilot layihə çərçivəsində bu işlər aparılır. Onun yerində yaşayış binası tikiləcək:

“Pilot layihə çərçivəsində tikinti işləri aparılacaq. Bazarın sahibi ilə razılaşandan sonra bina tikiləcək. Artıq ərazidə 3 bina tikilib, biri də bazarın yerində olacaq”.

Xatırladaq ki, “Nəsimi bazarı” Bakının ən qədim kolxoz bazarlarından biridir. (BAKU.WS)

BakuCity.az

Nəsimi bazarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər