• Ana səhifə
  • Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - AÇIQLAMA
14:02, 20 may 2020

Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - AÇIQLAMA

Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - AÇIQLAMA

Yaxın günlərdə yeni bir vəziyyət yarana bilər.

Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına, hələ ki, icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər.

BakuCity.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədovun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gediş-gəliş qadağası qüvvədədir.

"Növbəti günlərdə necə olacağını gözləmək lazımdır. Bu halda biz qərarı elan edəcəyik. Digər rayonlar arasında isə bilirsiniz ki, əhalinin gediş-gəlişi mümkündür", - deyə İ.Məmmədov əlavə edib. (e-huquq.az)

BakuCity.az

#Rayonlar #Gedi-gəliş

Şərhlər

Elan
live comments feed...