BNA 91, 92 və 202 nömrəli marşrutların hərəkət istiqamətlərini dəyişib

BNA 91, 92 və 202 nömrəli marşrutların hərəkət istiqamətlərini dəyişib

91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

Bununla bağlı BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

91 nömrəli marşrut

İstiqamət: 

Biləcəri qəs.: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut

İstiqamət: 

Biləcəri qəs.: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut

Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı)

BakuCity.az

BNA Marşrut İstiqamət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər