16:01, 20 may 2020

Sabah Bakıda isti olacaq - PROQNOZ

Sabah Bakıda isti olacaq - PROQNOZ

21 mayda gözlənilən hava şəraiti.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən mayın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

BakuCity.az

#Hava #Proqnoz

Şərhlər

Elan
live comments feed...