Millət vəkili: Karantin qaydaları yenidən sərtləşdirilə bilər

Millət vəkili: Karantin qaydaları yenidən sərtləşdirilə bilər

Azərbaycanda yenidən sərt karantin qaydaları tətbiq edilə bilər.

“Bu gün COVİD-19 virusuna yoluxan insanların sayı 5 milyonu keçib. Bu virus nəticəsində dünyasını dəyişənlərin sayı isə yarım milyon civarındadır. Bütün bu faktlar onu göstərir ki, COVİD-19 virusu bütün dünya üçün ciddi  təhlükədir.

BakuCity.az xəbər verir ki, bu sözləri millət vəkili Ramil Həsənov xüsusi karantin rejimi haqda danışarkən deyib:

R.Həsənov bildirib ki, karantinlə bağlı yumşaldılan qaydalar davam edən proseslərdən asılıdır:

“18 maydan etibarən müəyyən müəssələrin açılmasına baxmayaraq, xəstələnənlərin sayı artmaqda davam edir. Burada məsuliyyət bilavasitə vətəndaşların üzərinə düşür. Çünki dövlət başçısının vermiş olduğu tapşırıqları əsasında fəaliyyət göstərən Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB və bir çox qurumlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirməkdədir.

Vətandaşlarımız da sosial məsafəni qorumalı və eyni zamanda pandemiyaya qarşı hökümətin tətbiq etmiş olduğu qaydalara əməl etməlidirlər. Qaydalara maskalardan istifadə, əllərin tez-tez gigyenik vasitələrlə dizinfeksiyası, restoranlarda sosial məsafələrə uyğun masalar qoyulması, eyni zamanda parkda 10 nəfərdən artıq insanın bir yerdə gəzməməsi haqda hökümətin göstərmiş olduğu qaydalar daxildir. Bütün bu qaydalaraın hamısını vətəndaşlarımız mütləq şəkildə yerinə  yetirməlidir. Əks halda cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi yumşaldılan qaydalar davam edən proseslərə bağlı olacaq”.

Millət vəkili həmçinin qeyd edib ki, əgər proseslər yüksələn xətlə davam edərsə, yəni xəstələrin sayı çoxalarsa, qaydalar yenidən sərtləşdirilə bilər:

“Mütəxəssislər qeyd edirlər ki, pandemiyanın ikinci dalğasının başlaması ehtimalı hələ də qalmaqdadır. Və bu ehtimal qoyulan tələblərin yerinə yetirilib-yetirilməməsindən asılı olacaq. Qaydaların yenidən sərtləşdirilməsini istəmiriksə, ölkə rəhbərinin çağırışlarına əməl etməliyik. Mən də həm bir vətəndaş, həm də millət vəkili kimi insanları göstərilən qaydalara əməl etməyə çağırıram”. (redaktor)

BakuCity.az

Millət vəkili Ramil Həsənov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər