Koronavirusun tüğyan etdiyi məhəllədə SON DURUM - AÇIQLAMA

Koronavirusun tüğyan etdiyi məhəllədə SON DURUM - AÇIQLAMA

Yevlaxda bir küçədə 53 nəfər koronavirusa yoluxub.

Yevlax rayonunun "Qaraçılar məhəlləsi” adlanan ərazisində 53 nəfərin koronavirusa yoluxması və bu səbəbdən adıçəkilən məhəlləyə giriş-çıxışın bağlanması böyük rezonans doğurub. Medianın yazdığına görə, görülən təhlükəsizlik tədbirləri yerli qaraçıların etirazına səbəb olub, onların polis əməkdaşları ilə qarşıdurmaya getmələri haqda da məlumatlar dolaşır.

BakuCity.az xəbər verir ki, Sfera.az Yevlax rayonunun "Qaraçılar məhəlləsi”ndəki son durumu öyrənməyə çalışıb.

Həmçinin oxu: Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Yevlax RİH-dən bildirilib ki, onlarda son durumla bağlı təfərrüatlı məlumat yoxdur.

Yevlax Rayon İcra Hakimiyyətinin adını açıqlamadığı əməkdaşı isə qeyd edib ki, "Qaraçılar məhəlləsi” deyilən ərazidə yoluxma halının indiki vəziyyəti barədə informasiyaları ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahdan alınır.

"Rayon İcra Hakimiyyətində isə bununla bağlı rəsmi məlumat yoxdur ki, sizləri də məlumatlandıraq. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyiniz daha yaxşıdır. Yevlax İcra Hakimiyyəti isə bu ərazidə heç bir nəzarət həyata keçirmir”, - deyə həmin şəxs əlavə edib.

Nazirlər Kabineti yanında Operativ Qərargaha və DİN-ə olunan zənglərə cavab verilməyib.

BakuCity.az

Yevlax koronavirus 53 yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər