"Qaraçılar məhəllə”sində baş verən insidentlə bağlı DİN açıqlama yayıb.
Daxili İşlər Nazirliyi Yevlax rayonunun "Qaraçılar məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib.
BakuCity.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır.
Həmçinin oxu: Koronavirusun tüğyan etdiyi məhəllədə SON DURUM - AÇIQLAMA
Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
BakuCity.az