İlham Əliyev iki icra başçısı təyin etdi

İlham Əliyev iki icra başçısı təyin etdi

Prezident İlham Əliyev iki yeni icra başçısı təyin edib.

BakuCity.azxəbər verir ki, dövlət başçısı Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin başqa bir sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. (qaynarinfo)

BakuCity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər