Çindən koronavirusla bağlı açıqlama: simptomları dəyişir

Çin təcili tibbi yardım mütəxəssisi virusun simtomlarının dəyişdiyini deyib.

Çinin aparıcı təcili tibbi yardım mütəxəssislərindən biri Qui Haibo Corona virusunun ölkənin şimal-şərqində baş verən yeni hadisələrdə əvvəlkilərlə müqayisədə fərqli bir yol tutduğunu və bu virusun simptomlarının yayıldıqca dəyişdiyini göstərir.

BakuCity.az xəbər verir ki, Çinin şimal-şərqindəki Jilin və Heilongjang bölgələrində, yeni yoluxmaların baş verməsi, ikinci dalğasının yaranması ilə bağlı narahatlıq doğurub.

Çin Milli Səhiyyə Komitəsinin Corona virusu ilə əlaqəli mütəxəssis qrupunda olan Doktor Qui şimal-şərqdə yeni infeksiyalarda virusun inkubasiya müddətinin uzadığını müşahidə etdiklərini deyib.

Çin Dövlət Televiziyasında CCTV-yə danışan həkim dediyinə görə, uzun müddət simptom göstərməmələri bir problemdir. O, həmçinin əlavə edib ki, ailələr bu vəziyyətə əhəmiyyət vermədən bir araya gəlirlər və nəticədə yeni yoluxma halları yaranır.

Şimal-şərqdəki xəstələrin virusu Wuhandakı ilk hadisələrə nisbətən daha uzunmüddətli daşıyıcı olduqlarını və daha gec müddətdə sağaldıqlarını söyləyən Qui bu xəstələrdə nadir hallarda atəş olduğunu həmçinin fərqli orqanlara deyil, ağciyərlərinə zərər verdiklərini vurğulayıb.

Çin təcili tibbi yardım mütəxəssisi sonda onu da əlavcə edib ki, virusun bu dəyişməsi ölkənin şimal-şərqində yeni halların olması ehtimalı ilə bağlı ola bilər. (yenicag.az)

BakuCity.az

Çin Koronavirus Simptom
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
"Neftçi" ilə müqavilənin müddətini uzadan kapitan Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb. BakuCity.az həmin müsahibəni təqdim edir. - Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiniz? - Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətli müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim. - "Neftçi” bu gün məşqləri...
İdman
"Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb. BakuCity.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək. Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb. Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. BakuCity.az
Cəmiyyət
Karantin rejimi yenidən sərtləşdirilə bilər. ”Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır”. BakuCity.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib. İ.Ağayev bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma...
Cəmiyyət
Azərbaycanda  bir sutkada 5 nəfər koronavirusdan ölüb. Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.  Hazırkı dövrədək ölkəmizdə 5 662 n...
Mədəniyyət
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. BakuCity.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb. 19...
Biznes
"Dəniz Mall" bu gündən fəaliyyətə başlayıb. BakuCity.az xəbər verir ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir: "Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etmə...
Ekologiya
İyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət...
Kriminal
Yandırılmış halda meyiti tapılan Nərmin Quliyevanın qəbri gizlin olaraq qazılıb. BakuCity.az xəbər verir ki, bu barədə mətbuata məlumatı qətli törətməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları məlumat verib. Onlar bir sıra iddialar səsləndirib.  BakuCity.az
Ekologiya
Bu ay Bakıda və Abşeron yarmadasında gözlənilən hava şəraiti açıqlanaıb. İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindıb BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir...