Bayram və qeyri-iş günlərində küçəyə çıxışa qadağan olunub?
TƏBİB yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram və qeyri-iş günlərində küçəyə çıxışa qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BakuCity.az xəbər verir ki, Vasif Əliyev Azərbaycanın bu məsələdə Türkiyənin təcrübəsini mənimsəyəcəyini istisna etməyib:
"Buna səbəb insanların bir yerdə çox sayda toplaşmasıdır. Türkiyədəki infeksiyaların sayını azaltmaq üçün bəzi məhdudiyyətlər tətbiq olunur. Bu da gündəliyimizdədir. Çox güman ki, bayramdan əvvəl bu mövzuya aydınlıq gətiriləcək."
BakuCity.az