Sosial yardım alanlara ŞAD XƏBƏR

Sosial yardım alanlara ŞAD XƏBƏR

May ayı üzrə də ödənişlər həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Karantin dövründə pensiya, müavinət, təqaüd və kompensasiyalar kimi, ünvanlı dövlət sosial yardımlarının da vaxtından daha tez ödənilməsi təmin edilib.

Hazırda 350 min ailə üzvü olan 83 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə ayda orta hesabla 224 manat ödənilir.

BakuCity.az

Sosial yardım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər