DSX-nin həbs edilən vəzifəliləri açıqlanıb - ADLAR

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin adları müəyyənləşib.

BakuCity.az xəbər verir ki, bununla bağlı DTX-dən məlumat verilib. 

Məlumata görə, keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar.

Həmçinin oxu: DTX Baş prokurorluqla birgə generalın həbsi ilə bağlı məlumat yayıb - VİDEO

İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

BakuCity.az

DTX TSX
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Nərimanov rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Kriminal
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Kriminal
Abşeronda qanunsuz it döyüşlərini təşkil edən şəxslər həbs olunub.  İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb. BakuCity.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə...
Cəmiyyət
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub. Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi...
İdman
“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb. BakuCity.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır. İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2”nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də...
Cəmiyyət
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayıb başlamamsı ilə bağlı fikirlər söylənib. "Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir". BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı...
Cəmiyyət
BNA sərnişinlərə xəbərdarlıq edib.  Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər avtobusa buraxılmayacaq. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. (Atv Xəbər) BakuCity.az
Hadisələr
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az xəbər verir ki, hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb. Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur.  Hadisə nəticəsində ölən və yaralananlar var.  TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəf...