Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Əzimov İlham Şahgül oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması və kürək sümüyünün sınığı diaqnozu qoyulub. (report)
BakuCity.az