• Ana səhifə
  • Varşavadakı Azərbaycan vətəndaşları təxliyyə edilib - FOTO
09:30, 22 may 2020

Varşavadakı Azərbaycan vətəndaşları təxliyyə edilib - FOTO

Varşavadakı Azərbaycan vətəndaşları təxliyyə edilib - FOTO

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.

BakuCity.az

#Varşava #Azərbaycan #Təxliyyə

Şərhlər

Elan
live comments feed...