Bakıda cinayət hadisəsi baş verib.
BakuCity.azxəbər verir ki, ötən gün saat 21 radələrində Bakının Binəqədi rayonunda yaşayış binalarının birində kişi arvadının başını kəsib.
Cavadxan küçəsində yerləşən binanın liftində 1977-ci il təvəllüdlü Hafiz Əskərov həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əskərovanı öldürüb.
H.Əskərov liftdə arvadına 48 bıçaq zərbəsi vurub və onun başını kəsib.
Polis H.Əskərovu saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır. (oxu.az)
BakuCity.az