Azərbaycanda polis intihar edib.
BakuCity.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yayılan məlumata görə, Ucar rayonunun Müsüslü kənd sakini, 1992-ci il təvəllüdlü Rafiq Əhmədov yaşadığı ünvandan özünü asıb.
İntiharın səbəbi məlum deyil.
R.Əhmədov Bakı şəhərində polis orqanlarında çalışıb.