Təhsil naziri qərar imzaladı: oktyabrın 1-dək...

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq olunub.

BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Kollegiyası Qərar verib.

Qərarda deyilir:

1. Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.

2. Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

2.1. ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

4. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

5. İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

6. Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

7. Hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

8. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.

9. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

10. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.

11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

12. Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

12.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

13. Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

BakuCity.az

Təhsil naziri Qərar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub. Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafes...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Nərimanov rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Kriminal
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Kriminal
Abşeronda qanunsuz it döyüşlərini təşkil edən şəxslər həbs olunub.  İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb. BakuCity.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə...
Cəmiyyət
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub. Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi...
İdman
“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb. BakuCity.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır. İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2”nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də...
Cəmiyyət
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayıb başlamamsı ilə bağlı fikirlər söylənib. "Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir". BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı...
Cəmiyyət
BNA sərnişinlərə xəbərdarlıq edib.  Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər avtobusa buraxılmayacaq. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. (Atv Xəbər) BakuCity.az