23 mayda gözlənilən hava şəraiti.
Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 23-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
BakuCity.az