• Ana səhifə
  • Gürcüstana səfər etmək istəyənlərin xüsusi sənədi olmalıdır
14:08, 22 may 2020

Gürcüstana səfər etmək istəyənlərin xüsusi sənədi olmalıdır

Gürcüstana səfər etmək istəyənlərin xüsusi sənədi olmalıdır

Gürcüstana səfər etmək istəyənlərdən koronavirusla bağlı test sənədi tələb olunacaq.

BakuCity.az xəbər verir ki, Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi tədqim etməli olacaqlar.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

A.Qamkrelidzenin sözlərinə görə, Gürcüstan ilk növbədə “yaşıl zona” elan olunan ölkələrdən turistlər qəbul edəcək: “Ölkəyə gələcək ziyarətçilərdən “COVID pasport”u adlandırılan sənəd tələb olunacaq”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq. (report)

BakuCity.az

#Gürcüstan #Sənəd #İyuun 1-dən

Şərhlər

Elan
live comments feed...