Bakıda bina nəzarətçisi "beşbarmaq"la vuruldu - VİDEO

Bakıda bina nəzarətçisi "beşbarmaq"la vuruldu - VİDEO

Dünən Nərimanov rayonunda cinayət hadisəsi baş verib.

BakuCity.azxəbər verir ki, “Kosmos” yaşayış massivinin komendant müavini Fəridə (Soyadı dəqiqləşdirilir) bir qrup şəxs tərəfindən xəsarət yetirilib.

Binanın həyətində əli silahlı bir qrup şəxs bina nəzarətçisini öncə hədələyib, sonra beşbarmaqla xəsarət yetiriblər.

Sakinlərin sözlərinə görə, bu birinci dəfə deyil. Həmin mütəşəkkil qrup dəfələrlə binanın həyətində “razborka” ediblər.

Bina sakinləri məsələ ilə bağlı polisə məlumat verildiyini və əsas xəsarət yetirən şəxsin adının da hüquq-mühafizə orqanlarına verdiklərini bildiriblər.

BakuCity.az

Bina nəzarətçisi "Beşbarmaq"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər