Ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb.
BakuCity.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqində çıxışı zamanı deyib.
R.Bayramlının sözlərinə görə, yoluxanların 47,4%-i Bakı, 10,8%-i Aran, 9,8%-i Lənkəran, 8,1%-i Abşeron, 1,4%-i Quba-Xaçmaz, 1,1%-i Yuxarı Qarabağ, 0,8%-i Dağlıq Şirvan, 0,7 %-i Şəki-Zaqatala, 0,1%-i Naxçıvanın payına düşür.
Sədr həmçinin qeyd edib ki, koronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir.
BakuCity.az