TƏBİB şad xəbəri elan etdi: koronavirusun bu dövrü keçdi

TƏBİB şad xəbəri elan etdi: koronavirusun bu dövrü keçdi

“Azərbaycanda koronavirusa yoluxmada pik dövrün yaşanması ötən həftə baş verib”.

BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, ötən həftə yeddi nəfər koronavirusdan ölüb: “Son həftə ərzində - mayın 16-da 158 nəfərdə koronavirusa yoluxma halı qeydə alınmaqla, pik dövr olub".

Sədrin bildirdiyinə görə, keçən həftə 755 nəfər koronavirusa yoluxub.

"Bu həftə isə 581 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib. Hələ də koronavirusa yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük. Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək çətindir. Növbəti həftədə virusdan sağalanların sayının daha çox olacağını gözləyirik”, - deyə R.Bayramlı qeyd edib. 

BakuCity.az

https://www.bakucity.az/
Azərbaycan Koronavirus Yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər