Beynəlxalq uçuşlar bu tarixdə bərpa edilə bilər - RƏSMİ

Beynəlxalq uçuşlar bu tarixdə bərpa edilə bilər - RƏSMİ

“Yaxın günlərdə ucuşların bərpası və sərhədlərin açılması gözlənilmir”.

BakuCity.az xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib.

R.Bayramlının sözlərinə görə, beynəlxalq ucuşların açılması müzakirə edilir:

“Burada bir sıra məsələlər nəzərə alınır. Ola bilsin ki, iyunun 15-dən bəzi ölkələr üzrə gediş-gəliş bərpa olunsun. Yaxın coğrafi əlaqələri olan ölkələrlə ucuşları bərpa etmək olar. Qonşu ölkələrdəki vəziyyət təhlil olunacaq.

İlk növbədə Naxçıvana uçuşun açılması gözlənilir”.

BakuCity.az

Beynəlxalq uçuşlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər