Bakıda quldurlar taksi sürücüsünü soydu

Bakıda quldurlar taksi sürücüsünü soydu

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib.

Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Xəzər" markalı avtomobilə sərnişin qismində əyləşən 3 nəfər naməlum şəxs onu hədələyib.

Quldurlar ondan 100 manat alıb qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsilə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb. (trend)

BakuCity.az

Bakı Taksi Quldurlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər