Vaqif Əsədov: "Heç kəs arxayın olmasın ki, cərimələnməyəcək"

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edib.

BakuCity.azxəbər verir ki, edilən xəbərdarlığa əsasən, müddəti keçmiş sürücülük vəsiqəsi olan şəxslərə karantin məhdudiyyətləri zamanı verilən güzəşt müddəti 31 may 2020-ci il tarixində başa çatır. 

Bu tarixədək köhnə sürücülük vəsiqələrinin ASAN xidmət və “ASAN Kommunal”da yeniləri ilə əvəzlənməsi başa çatdırılmalıdır. Çünki avtomobili müddəti başa çatmış sürücülük vəsiqələri ilə idarə edən şəxslər həmin müddətdən sonra cərimələnəcək.

Mayın 23-dən 30-dək olan tətil günlərində ASAN xidmət mərkəzləri işləməyəcək, bu isə sənəd mübadiləsi prosesini çətinləşdirə bilər. 

Maraqlıdır, məsələ ilə bağlı avtomobil sahiblərinə hər hansı güzəşt tətbiq olunacaq?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı saytımıza açıqlama verərək bildirib ki, ASAN xidmətlərdə vəsiqənin müddətini onlayn şəkildə yeniləmək mümkündür. Vətəndaşlar bundan istifadə etməlidirlər:

“Sürücülük vəsiqəsinin müddəti bitib, aidiyyəti qurumlar da işləmirsə, deməli Baş Dövlət Yol Polis İdarəsinin  Qeydiyyat-İmtahan Şöbəsi üzrə sürücülük vəsiqəsini yenidən əldə edə bilərlər. Həmçinin avtomobil sahibi ASAN xidmətlərdə vəsiqənin müddətini onlayn sistemlə yeniləməlidir. 

Ümumilikdə isə sürücülər özləri bilər, ASAN xidmət nə cür xidmət göstərirsə, ona uyğun müraciət edib müddəti artıra bilərlər. Heç bir problem yoxdur, narahat olmağa da səbəb yoxdur, nəqliyyat vasitəsilə bağlı hər hansı bir sənədləşdirmədən söhbət gedirsə, Dövlət Yol Polisinin yaratdığı şəraitdən istifadə edərək mövcud çatışmazlığı aradan qaldırmaq mümkündür. Mən bilirəm ki, onlayn şəkildə müraciət edirlər və müraciət əsasında, öz istəklərinə nail olurlar”. 

Vaqif Əsədov eyni zamanda avtomobillərin texniki baxışı ilə bağlı məsələyə də toxunub:

“Nəqliyyat vasitəsinə texniki baxışların keçirilməsi üçün konkret növbətçi ayrılıb. Hər gün, hətta istirahət günlərində belə orada nümayəndələr var, onlar texniki baxışdan keçməni tənzimləyirlər.

Bu gün sizin maşınınızın, sabah da mənim maşınımın müddəti bitə bilər. Hər bir avtomobil sahibi öz vaxtını bilib ona görə davranmalıdır. Həmişə texniki baxışdan keçən şəxsə sənəd verilir, burada gələn il nə vaxt keçməli olduğu yazılır, ona diqqət eləsinlər. Hətta əlavə 20 gün də vaxt verilir. Bu da yaradılmış şəraitdir, sürücülər bəhrələnsinlər. 

Qeyd olunan müddət ərzində texniki baxışdan keçməyənlər sözsüz ki, cərimələnəcək, cərimələnmə ilə bağlı elektron qərar qəbul edilir. Cərimənin məbləği isə 50 manatdır. Düzdür, hələ pandemiya dövrü davam edir. Amma bu gün hərəkətlə bağlı məhdudiyyət yoxdursa, avtomobil sahibi istənilən istiqamətdə sərbəst hərəkət edə bilirsə, niyə gedib texniki baxışdan keçmir? Gözləyirlər ki, karantin bitsin, bir əlavə 20 gün də vaxt verilsin? Bu nə yanaşmadır axı... 

Heç arxayın olmasın ki, cərimələnməyəcək. Vaxtında gedib texniki baxışdan keçsinlər, həmçinin qeyd olunan müddətdə də sürücülük vəsiqələrini yeniləsinlər”. (yenisabah)

BakuCity.az

Vaqif Əsədov Yol polisi Cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
26 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dər...
Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır,...
Cəmiyyət
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb. Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin k...
Cəmiyyət
Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə. Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır. Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar. BakuCity.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti iş...
Cəmiyyət
Qurban bayramının qeyd edildiyi günlər qeyri-rəsmi iş günləri olacaq. İyulun 31-i və avqustun 1-i Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd olunacaq. BakuCity.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncamında öz əksini tapıb. Azərbayan Respublikasının Baş Naziri Əli Əsədovun 2 dekabr 2019-cu il tarixində imzaladığı...
Hadisələr
Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün Atatürk prospektində qeydə alınıb. “Domino's pizza”da kuryer işləyən Ülvi motosikleti ilə qəzaya düşüb və aldığı xəsarətdən vəfat edib. Gəncin yaxınlarının sosial şəbəkələrdə yazdığqlarına görə, Ülvi restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş...
Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az