• Ana səhifə
  • Bakıda bazar gününə gözlənilən hava şəraiti - PROQNOZ
15:24, 23 may 2020

Bakıda bazar gününə gözlənilən hava şəraiti - PROQNOZ

Bakıda bazar gününə gözlənilən hava şəraiti - PROQNOZ

24 mayda gözlənilən hava şəraiti.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumatına əsasən mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

BakuCity.az

#Bakı #Hava #Proqnoz

Şərhlər

Elan
live comments feed...