Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün Azərbaycanda Ramazan bayramıdır. 

Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 24-nə təsadüf edir.

BakuCity.az xəbər verir ki, koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər. 

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qeyd edək ki, Ramazan ayı aprelin 25-də başlamışdı. 

BakuCity.az

Ramazan Orucluq Bayram
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər