FHN: Bakıda xilasetmə və təhlükəsizlik əməliyyatları keçirildi

FHN: Bakıda xilasetmə və təhlükəsizlik əməliyyatları keçirildi

Bakıda xilasetmə və təhlükəsizlik əməliyyatları keçirilib.

Bu gün günün ikinci yarısından başlayaraq Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müxtəlif müraciətlər daxil olub.

FHN-dən BakuCity.az-a bildirilib ki, müraciətlərə əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasedici qrupları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) mütəxəssislərinin iştirakı ilə müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.

Paytaxtın Səbail, Sabunçu və Nərimanov rayonlarında müxtəlif ünvanlarda binaların və digər təyinatlı tikililərin dam örtüyünün dəmir konstruksiyalarının qopması nəticəsində bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Çağırış ünvanına cəlb olunan xilasedicilər, TTNDA-nin mütəxəssislərinin rəy və təkliflərini nəzərə alaraq, ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

BakuCity.az

FHN Bakıda Xilasetmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər