Nazirlər Kabinetindən tibbi ləvazimatlarla bağlı qərar: müddət iyuladək uzadıldı

Nazirlər Kabinetindən tibbi ləvazimatlarla bağlı qərar: müddət iyuladək uzadıldı

Tibbi ləvazimatların idxal gömrük rüsumundan azad edilməsi müddəti uzadılıb.

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

BakuCity.azxəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

BakuCity.az

Tibbi ləvazimatlar İdxal Gömrük
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər