Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
8-ci km bazarının qarşısında yolu keçən 1983-cü il təvəllüdlü Novruzov Samir Əli oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (report)
BakuCity.az