Bakıda gənc kuryer “30 dəqiqəlik” kampaniyanın qurbanı oldu - FOTO

Bakıda gənc kuryer “30 dəqiqəlik” kampaniyanın qurbanı oldu - FOTO

Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib.

BakuCity.az xəbər verir ki, hadisə ötən gün Atatürk prospektində qeydə alınıb.

“Domino's pizza”da kuryer işləyən Ülvi motosikleti ilə qəzaya düşüb və aldığı xəsarətdən vəfat edib.

Gəncin yaxınlarının sosial şəbəkələrdə yazdığqlarına görə, Ülvi restoranın qoyduğu tələblərə görə həyatını itirib.

Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır.

Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur.

Dünyasını dəyişən gəncin ölümünə səbəb də məhz sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.

Baş verən qəzadan sonra sosial şəbəkələrdə “Domino's pizza”nın kampaniyasına etirazlar başlayıb. Sosial şəbəkə istifadəçiləri "30 dəqiqəyə çatmasa, ödəniş etməyin" kampaniyasına etiraz ediblər.

Bildirilir ki, belə kampaniyalar olduqca qəzalar çoxalacaq.

Məsələ ilə bağlı BAKU.WS “Domino's pizza” rəhbərliyi ilə əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama veriləcək.

BakuCity.az

Qəza Yol qəzası Gənc
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər