Bakıda qəzalı binada yaşayanlar köçürüləcəkləri günü gözləyirlər - VİDEO

Bakıda qəzalı binada yaşayanlar köçürüləcəkləri günü gözləyirlər - VİDEO

Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə.

Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır. Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar.

BakuCity.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti işlərinin aparılması zamanı yaranan titrəyişlər sakinlərin dərdini bir qədər də artırıb.

Sakinlərin sözlərinə görə, yaşadıqları ərazini Nərimanov rayon İcra Hakimiyyəti tikinti şirkətinə verib. Şirkət məhəllənin bir qismindəki sakinləri yeni tikilidə olan mənzillərlə təmin etsə də, geri qalanlarla maraqlanan olmayıb.

“Həyətin yarısını köçürüblər, digər yarısı ilə maraqlanan yoxdu. Gecə qorxuruq ki, başımıza uçar”, - digər sakin qeyd edir.

Mövzuyla bağlı olan tikinti şirkətindən isə suallara cavab verilməyib.

Nərimanov rayon icra hakimiyyətindən isə sakinlərin 6-7 ay ərzində köçürüləcəyini bildirdilər.

Ümid edirik ki, bina sakinlərin üzərinə uçmamış məsələ öz həllini tapar. (baku.tv)

BakuCity.az

Bakı Qzalı bina
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər