Bakıda onlayn narkotik satmaq istəyən qardaşlar saxlanıldı

Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı.

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb.

Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov tərəfindən verilib. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib. Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kiloqram 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb. Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq həmin yerlərin şəklini çəkib “Whatsapp” anı mesajlaşma şəbəkəsi vasitəsi ilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu iranlının hesabına yükləyəndən sonra isə narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BakuCity.az

Bakı Onlayn Narkotik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayıb. Ermənistan mediasının "qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin o qədər də cəsur olmadıqları görünür. BakuCity.az xəbər verir ki, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir. Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür. (gapp.az) BakuCity.az
Siyasət
Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb. BakuCity.az xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib. Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll y...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Bu barədə BakuCity.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat ve...
Hakimiyyət
Azərbaycan ordusu iki erməni zabitlərini məhv edib. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində düşmən ordusunun iki yüksəkrütbəli zabiti məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib. Ş. Stepanyan bildirib ki, ölən erməni hərbçiləri mayor və kapitan rütbələrində olub. Mayor Qaruş Hambartsumyan, kapitan Sos Elbakyan məhv edilib.  BakuCity.az
Ekologiya
Bakıda 15 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətind'n BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-32, Bakıda  gecə 23-25, gündüz  30-...
Cəmiyyət
Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq. BakuCity.az xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.  BakuCity.az
Cəmiyyət
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. BakuCity.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Belə ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İ...
Cəmiyyət
COVID-19-a yoluxanlardan 356 nəfəri reanimasiyadadır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb. BakuCity.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8617 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 356 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır. Ümumilikdə 24 570 nəfər virusa yoluxub, 15 640 nəfər sağalıb. Qeyd olunub ki, ötən gün 8015 te...
Cəmiyyət
"Virus bir nömrəli düşmən olaraq qalır, amma bir çox hökumət və xalqların davranışı buna adekvat deyil". BakuCity.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, təməl prinsiplər nəzarətdə saxlanılmazsa, bu infeksiyada vəziyyət pisləşəcək, pisdən də pis olacaq: "Virusla bağlı əsas məqsəd yoluxmuş insanları aşkarlamaqdır. Ancaq ayrı-ayrı liderlərdən eşidilən fərqli mesajlar ən...