Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü İsmayılov Emin Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sol qalça nahiyəsinin küt travması diaqnozu qoyulub.
BakuCity.az