Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edildi

Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edildi

Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edilib.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib.

BakuCity.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

BakuCity.az

Bakı Naxçıvan Reys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər