Abşeronda qadın yol qəzasında xəsarət aldı

Abşeronda qadın yol qəzasında xəsarət aldı

Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

BakuCity.azxəbər verir ki, hadisə ötən gün axşam saatlarında Novxanıda qeydə alınıb.

"Oskar" yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü idarə etdiyi avtomobilin qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaması üçün manevr edib.

Bu zaman avtomobil yol kənarındakı dirəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 1964-cü il təvəllüdlü Ksel Svetlana Petrovna xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. (report)

BakuCity.az

Abşeronda Qadın Yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər