Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib.
BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib.
O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.
Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan borclar arasında illərdir ödənilməyənlər də var.