Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.
BakuCity.azxəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev, 1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə isə yaralanıb.
Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar. (report)
BakuCity.az