Bakıda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA

Bakıda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA

Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantindədir.  Kürdəmirdə isə 60-dan çox insan koronavirusa yoluxub. 

BakuCity.az xəbər verir ki, karantin rejiminin yenidən sərtləşdirilib sərtləşdirilməyəcəyi ilə bağlı millət vəkili İqbal Məmmədov açıqlama verib:

"Opertiv Qərargah koronavirusla bağlı dünyada və ölkədə mövcud son vəziyyəti analiz edir və yoluxma dinamikasına uyğun qərarlar ver. Cənab prezident və dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarışısı alındı. Yoluxanların sayında kifayyət qədər azalməşdı, amma son həftələrin statistikası ürəkaçan deyil. Karantin rejimində edilən yumşalmalardan sonra insanlarımız artıq koronavirus yoxmuş kimi davranmağa başladı. Bu xəstəliyin varlığına inanmayanlar da az deyil.

Mağazalarda, marketlərdə və ictimai nəqliyyatda sosial məsafə qorunmur, qoruyucu tibbi maska və əlcəklərdən istifadə edilmir, ehtıyac oldu-olmadı insanlar çölə çıxırlar. Nəticədə nəinki Bakıda, hətta bölgələrdə də koronavirusa yoluxanların sayı artdı". 

Deputatın fikrincə, yoluxma çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirilə bilər. (sonxəbər)

BakuCity.az

Karantin Azərbaycan Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər