Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər - VİDEO

Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər - VİDEO

Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir.

BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb.

Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər.

Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın olsunlar deyə, məğlub heyvanın başı kəsilərək cavan itlərə yedirdilir. 

Forumun yaradıcıları və Azərbaycandakı bu ölümcül döyüşlərin təşkilatçılarının Rüfət, Murad, Mətləb, Hüseyn və digəri olduğu bildirilir.

Bu şəxslər barədə dəfələrlə məlumatlar yayılıb, amma hələ də forum ləğv edilməyib və onlar saxlanılmayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq.

BakuCity.az

Narkotik İynə İtləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər